"Qarabağ"ın 2 oyununun vaxtı açıqlandı

11:12 20 Yanvar 2022

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"ın burada keçirəcəyi 2 yoxlama matçının vaxtı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi 21 yanvar tarixində 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv saat 13:30-da Serbiyanın "Baçka Topola" klubu ilə qarşılaşacaq. "Köhlən atlar" saat 19:00-da isə Polşa "Şlyonsk"u ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, "Qarabağ" Türkiyədə keçirdiyi ilk yolxlama oyununda Rumıniyanın "Qaz Metan" klubu ilə 0:0 hesablı heç-heçə edib.


Digər xəbərlər

Xəbər xətti