"Qarabağ"ın futbolçusu Türkiyə klubuna keçə bilər

12:00 20 Yanvar 2022

"Qarabağ"ın futbolçusu İbrahima Vadji karyerasını Türkiyədə davam etdirə bilər.

O, "Kocaelispor"un maraq dairəsinə düşüb. Bu barədə "Kocaeli" qəzeti məlumat yayıb.  Seneqallı hücumçunun icarəyə götürülməsi planlaşdırılır. Xəbərdə o da bildirilib ki, 27 yaşlı forvard hazırda Ağdam komandasında özünü xoşbəxt hiss etmir və 4 mərkəz hücumçusu ilə rəqabət mühitində klubunu dəyişmək istəyir.

Vadjinin "Qarabağ"la sözləşməsi isə 2024-cü ilədəkdir.

Xatırladaq ki, İbrahima Vadji 2016 - 2017-ci illərdə Türkiyədə "Qaziantep Büyükşehir"in formasını geyinib. O, bu mövsüm "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasında 9, UEFA Konfrans Liqasında 6 oyuna çıxıb və ümumilikdə 5 qol vurub.


Digər xəbərlər

Xəbər xətti