İspaniya çempionatı: “Valensiya” və “Sevilya”dan heç-heçə

15:20 20 Yanvar 2022

Futbol üzrə İspaniya La Liqasında 21-ci turun oyunları keçirilir. Daha iki qarşılaşma baş tutub.
 
Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Sevilya” bu turda çətin “Valensiya” səfərinə yollanıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
 
“Selta” isə “Osasuna”nı qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər - 2:2.
 
Bu tur keçirilməli olan “Barselona” – “Rayo Valyekano”, “Malyorka” – “Real Sosyedad”, “Atletiko” – “Levante” matçları təxirə salınıb. “Atletik” – “Real” matçı isə komandaların superkubok matçına görə daha əvvəl baş tutub.


Digər xəbərlər

Xəbər xətti