“Çelsi”nin finaldakı rəqibi “Liverpul” oldu

Sportarena.az      21 Yanvar 2022 , 02:00
Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Bu gün daha bir qarşılaşma baş tutub.
 
“Liverpul” səfərdə “Arsenal”la qarşılaşıb. İlk oyunda evdə qolsuz heç-heçə edən “qırmızılar” səfərdə qalib gələrək finala çıxıblar.
 
Beləliklə, İngiltərə Liqa Kubokunun finalında “Çelsi” ilə “Liverpul” komandaları üz-üzə gələcək. “Zadəganlar” da “Tottenhem”i iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) üstələməyi bacarmışdı.
 
İngiltərə Liqa Kuboku
Yarımfinalın cavab oyunu
20 yanvar
 
Arsenal - Liverpul 0:2 (ilk oyun 0:0)
Qol: D.Jota, 19; 79.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin