"Real" Mbappeyə 6 illik müqavilə təklif edib

11:50 21 Yanvar 2022

"Real" PSJ-nin oyunçusu Kilian Mbappeni yayda heyətinə qatmaq üçün artıq hərəkətə keçib. 

Madrid təmsilçisi artıq 23 yaşlı hücumçuya 6 illik yeni müqavilə təklif edib. Sözləşməyə əsasən, Mbappe "Real"a keçəcəyi təqdirdə illik maaşı 21 milyon avro olacaq. Bundan əlavə, o, 40 milyon avro bonus qazanacaq. 

Qeyd edək ki,  Mbappe bu mövsüm 26 matçda 19 qol vurub və 12 qolun ötürməsini verib. 


Digər xəbərlər

Xəbər xətti