Azərbaycan Kuboku: "Qarabağ" "Keşlə"yə qalib gəldi, "Neftçi" "Sabah"la heç-heçə etdi - YENİLƏNİB

Sportarena.az      1 Fevral 2022 , 22:26

Azərbaycan futbolunda qış fasiləsi başa çatır. Bu gün ölkə kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə “Qarabağ” “Keşlə” ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 17:30-da start götürəcək.

Günün son matçında “Neftçi” və “Sabah” üz-üzə gələcək. "Bakcell Arena"dakı qarşılaşmanın start fiti saat 19:45-də səslənəcək.

1/4 finalın digər oyunları sabah keçiriləcək. “Zirə” “Səbail”i, “Sumqayıt” isə “Qəbələ”ni qəbul edəcək.

Mərhələnin cavab matçları isə fevralın 12-si və 13-də keçiriləcək.

Azərbaycan kuboku
1/4 finalın ilk oyunları


1 fevral
17:30.“Qarabağ” – “Keşlə” 1:0

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

19:45.“Neftçi” – “Sabah” 1:1
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov.
Bakı. “Bakcell Arena”

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin