Azərbaycan yığması İrəvandakı Avropa çempionatına gedəcəkmi?

14:00 9 Fevral 2022

"Bu sualı cavablandırmaq üçün hələ tezdir. Baş məşqçimizlə, baş katiblə, idmançılarla bu istiqamətdə görüşümüz olacaq".

Bu sözləri Azərbaycan Boks Federasiyasına prezident seçilən Sahil Babayev "Boksçularımız Ermənistanda keçiriləcək Avropa çempionatına gedəcəklərmi" sualını cavablandırarkən deyib.

O, boksçularımızın istənilən yarışa qaıtmağa hazır olduğunu bildirməklə yanaşı, qərarı idmançıların özləri və məşqçilərin verəcəyini qeyd edib: "Azərbaycan idmanı üçün ən xeyirli addımı atacağıq. Azərbaycan idmançısı istənilən arenada nəinki idman yarışına çıxmaq, ona qalib gəlmək gücündədir. Əlbəttə ki, müvafiq hazırlıq və digər meyarlar baxımından peşəkarlarla qiymətləndirmə aparmalıyıq. Yekun qərar idmançılarımız və məşqçilərimizdən asılıdır. Bu mənada ana amil idman olacaq".

Qeyd edək ki, Avropa çempionatı bu il 21 - 31 mayda İrəvanda keçirilməlidir. 


Digər xəbərlər

Xəbər xətti