Mübariz Mənsimov “Xəzər Lənkəran”ın adını "Xan Lənkəran"a verdi

19:06 10 Fevral 2022

Region Liqasında çıxış edən “Xan Lənkəran”nın prezidenti Pərviz Hüseynovla "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov arasında görüş keçirilib. Sportarena.az “Xan Lənkəran”ın “Facebook” səhifəsinə istinadən xəbər verir ki, görüşdə “Xəzər Lənkəran Mərkəzi Stadionu" və stadionun bazası haqqında razılıq əldə edilib. Bundan sonra "Xan Lənkəran" öz ev oyunlarını "Xəzər Lənkəran"a məxsus stadionda keçirəcək.
 
Mübariz Mənsimov “Xəzər Lənkəran” adını da “Xan Lənkəran”ın prezidentinin ixtiyarına verib. Bu isə o deməkdir ki, “Xan Lənkəran” bundan sonra “Xəzər Lənkəran” adı altında fəaliyyət göstərəcək. Klubun loqosunun dəyişdirilib-dəyişdirilməyəcəyi isə hələlik bilinmir. 



Digər xəbərlər

Xəbər xətti