Qurban Qurbanovdan feyr-pley nümunəsi: Əllə vurulan qolu ləğv etdirdi

22:40 24 Fevral 2022

"Qarabağ" Avropa Konfrans Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Marsel"i qəbul edir.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın 34-cü dəqiqəsində Ağdam təmsilçisinin hücumçusu İbrahima Vadji hesabı bərabərləşdirib. Seneqallı forvardın əllə vurduğu qolu hakim qeydə alıb.

 

Qolda qayda pozuntusu olduğunu bildirən rəqib komandanın futbolçuları və məşqçilər heyəti hakimə ciddi etiraz edib. Bu zaman isə meydanda ara qızışıb. Hakim "Marsel"in futbolçusu Stiv Mandandaya və "Qarabağ"ın kapitanı Maksim Medvedevə sarı vərəqə verib.

 

Vurulan qolda qayda pozuntusu olduğunu başa düşən Qurban Qurbanov kapitan Medvedevi və Vadjini yanına çağıraraq, bu barədə onların hakimə məlumat verməsini bildirib. Bundan sonra hakim qeydə aldığı qolu ləğv edib.


Digər xəbərlər

Xəbər xətti