Azərbaycanlı hakim dünya çempionatı oyunlarına təyinat aldı

00:07 29 Mart 2022

Futzal üzrə FIFA referisi Əli Cəbrayılov Dünya çempionatının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb.

Sportarena.az xəbər verir ki, Almaniya, San Marino, Monteneqro və Cəbəllütariq milli komandalarının mübarizə aparacağı bu qrupun oyunları aprelin 5-dən 10-dək Almaniyada təşkil ediləcək.


Xəbər xətti