Güləşçimiz Rafiq Hüseynov Avropa çempionu oldu

22:00 3 Aprel 2022

Azərbaycanın Yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Sportarena.az xəbər verir ki, ikiqat Avropa çempionu Hüseynov finalda Gela Bolkvadze ilə qarşılaşıb.

​Təmsilçimiz gürcü idmançısına 2:1 hesabı ilə qalib gələrək üçüncü dəfə qızıl medal qazanıb. 


Digər xəbərlər

Xəbər xətti