Hacı Əliyev: "Bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm"

10:44 5 Aprel 2022

Sərbəst güləş üzrə 3 dəfə dünya və Avropa çempionu olmuş Hacı Əliyev özünün İnstaqram hesabında paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı idmançı uğur qazanmaq üçün illərini həsr etdiyini bildirib:

 

"Azərbaycanın güləş tarixində yeganə 3 qat dünya çempionu olmağım təsadüf deyil, bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm. Bu tarixi yeniləmək üçün uzun illər lazımdır. Paris-2024 Yay Olimpiya Oyunlarınadək bu tarixi özüm də dəyişə bilərəm".

 

Qeyd edək ki, Hacı Əliyev bir neçə gün önc Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatının finalında məğlub olaraq gümüş medal əldə edib. 


Digər xəbərlər

Xəbər xətti