Azərbaycan millisi əcnəbi baş məşqçiyə tapşırılır

11:26 13 Aprel 2022

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinə iranlı baş məşqçi təyin olunacaq. Sportarena.az xəbər verir ki, yığma Nasser Salimiyə tapşırılacaq.
 
Mütəxəssis komandanı Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına hazırlaşdıracaq. Bir müddət əvvəl Bakıda olan baş məşqçi idmançılarla və şəraitlə tanış olub. Mayın 1-də onunla müqavilə imzalanacağı gözlənilir.
 
Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Hikmət Abdullayev 2019-cu ildə ürək tutmasından vəfat etmişdi. V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda olacaq (report.az). 


Digər xəbərlər

Xəbər xətti