"Qaradağ Lökbatan" Premyer Liqaya vəsiqəni təmin etdi

12:57 13 Aprel 2022

"Qaradağ Lökbatan" Azərbaycan 1-ci divizionunda sona 5 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.

Bakı təmsilçisi 12-ci turda səfərdə MOİK üzərində 5:0 hesablı qələbə ilə bunu bacarıb.

Xallarını 47-yə çatdıran Rəfail Əmirbəyovun komandasına yalnız 34 xalla 2-ci sırada olan "Şamaxı-2" nəzəri cəhətdən çata bilər. Lakin bu komanda "Şamaxı"nın əvəzedicisi olduğu üçün Premyer Liqada iştirak edə bilməz.

Onu da qeyd edək ki, "Qaradağ Lökbatan"ın vəsiqə qazanması hələ yeni mövsümdən Premyer Liqada iştirak edəcəyi demək deyil. Bunun üçün AFFA-nın Lisenziyalaşdırma Komissiyasının qərarı da lazımdır.


Xəbər xətti