ÇL: “Qarabağ”ı ilkin mərhələdə gözləyənlər

Sportarena.az      25 Aprel 2022 , 12:20
Çempionlar Liqasının 2022/23 mövsümünün ilkin və I təsnifat mərhələlərində iştirak edəcək 19 ölkə çempionu bəllidir.
 
Sportarena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının qalibi mübarizəyə I təsnifat mərhələsindən başlayacağından və hazırda qeyri-müəyyənlər səbətində yer aldığı üçünbu komandaların hər biri qızıl medalçımızın  potensial rəqibidir.
 
Ölkə çempionatında 24 turdan sonra “Qarabağ” 58 xalla liderdir. Komandaya çempionluğunu rəsmiləşdirməsi üçün qalan 5 oyunda (komanda bir matç az keçirib - red.) 1 xal kifayətdir. İkinci sıradakı “Neftçi” Ağdam təmsilçisindən başqa qızıl medal ümidlərini saxlayan yeganə kollektivdir. “Qarabağ” çempion olacağı təqdirdə, səpələnmişlər səbətində yer alacağı dəqiqdir. Cüzi şansları qalan “Neftçi” isə qalib olarsa, “səpələnə” də bilər, “səpələnməyə” də.
 
Çempionlar Liqası
2022/23 mövsümü
İlkin mərhələ
 
Səpələnmiş: “Levadiya” (Estoniya)
Qeyri-müəyyən: “Vikinqur” (İslandiya)
 
I təsnifat mərhələsi
 
Səpələnmişlər: “Malmö” (İsveç), “Ludoqorets” (Bolqarıstan), “Budyo Qlimt” (Norveç), “Ferensvaroş” (Macarıstan), “Slovan” (Bratislava, Slovakiya), HİK (“Finlandiya), TNS (Uels), Jalgiris (Litva)
Səpələnməmişlər: “Şaxtyor” (Saliqorsk, Belarus), “Klaksvik” (Farer adaları), “Tobol” (Qazaxıstan), “Şkupi” (Şimali Makedoniya), “Riqa” (Latviya), “Dinamo” (Batumi, Gürcüstan)
Qeyri-müəyyənlər: “Linkoln” (Cəbəllütariq), “Şamrok Rovers” (İrlandiya), “Jrinski” (Bosniya və Herseqovina), Azərbaycan çempionu
 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin