Qurban Qurbanov: "Bundan sonra ümumiyyətlə fikir bildirməyəcəyəm"

Sportarena.az      30 Aprel 2022 , 00:44
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri cavab oyununu (5:0, ilk oyun 3:1) şərh edib.
 
Sportarena.az xəbər verir ki, o, matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Futbolçularımı təbrik edirəm. Neçə ildir finalda oynamırdılar. Bu turnirə fərqli yanaşırıq. Bu, fərqli prestij deməkdir. Bu gün finala çıxmağa göstərdikləri oyunla və yanaşmaları ilə layiq idilər. İnanıram ki, finala da istəkli hazırlanacaqlar. Bu gün maraqlı azarkeş dəstəyi var idi. Bütün yaş qruplarından fanatlar görmək olardı.
 
Finalın harada keçirilməsi kimi məsələlərə heç vaxt müdaxilə etmək istəməmişəm. Bölgədə də, Bakıda da oynamışıq. Harada desələr, orada da oynayacağıq”.
 
Qurbanov AFFA İcraiyyə Komitəsinin bu gün açıqladığı qərarlarına da münasibət bildirib. O, qərarlara təəccübləndiyini söyləyib: 
 
"Bəzən belə suallardan uzaq olmaq istəyirəm. Amma fikirlərimi də bildirməliyım. Qərarın səbəbini deyə bilmərəm. Sadəcə, maraqlı tərəf odur ki, bizim fikirlərimiz öyrənilir, amma qərar fərqli olur. Klublar Komitəsi yığışıb müzakirə də aparmışdı. Hər klubun öz düşüncəsi var, gələcəyə nəyisə planlaşdırır. Bu gün yenə də müzakirə olunacaq, amma qərar sonra açıqlanacaq deyə klublara məlumat gəlmişdi. Soruşmuşdular, demişdim ki, biz heç bir fikir bildirməyək, digərləri nə desə, ona uyğun da işimizlə məşğul olmuşuq. Çempionatın gedişi ilə bağlı fikirlərim fərqlidir. Kiçik fikir bildirdik, fərqli qərar verdilər".
 
Qurbanov bundan sonra fikir bildirməyəcəyini vurğulayıb: "Bundan sonra ümumiyyətlə fikir bildirməyəcəyəm. Fikirlərinizə önəm verilməyəndə bizə öz işimizlə məşğul olmaq qalır. Qərarlara təəccüblənmədim, ciddi dəyişiklik olmadı. İcraiyyə Komitəsində necə istədilərsə, o da oldu. Yəqin ki, özləri açıqlama verəcəklər. Görünür, dərindən düşünüb qərar veriblər. İstənilən halda, özüm və komandam Azərbaycan futboluna layiqincə xidmət etməyə çalışırıq”.
 
“Qarabağ”ın baş məşqçisi ötən gün “Azərsun Sənaye Parkı”nda baş verən yanğına və bu hadisədən sonra klubun büdcəsinin azalması ehtimalına da münasibət bildirib:
 
“Xoş olmayan hadisədir. Şirkətə həqiqətən böyük təsir edib. Amma inanmıram ki, Abdolbari Gözəl belə bir addım atar. Daha əvvəl klubun büdcəsini azaltmaq təklifi olmuşdu, amma Gözəl bəy demişdi ki, baş verənlərin kluba aidiyyatı yoxdur. İnanıram ki, yenə olmayacaq. Amma zərər az deyil”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin