Avropa çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

10:50 30 Aprel 2022

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, ikinci yarış günüdə Azərbaycanın daha 2 təmsilçisi mübarizəyə başlayacaq. Avropa çempionu, dünya çempionatlarının ikiqat bürünc mükafatçısı Hidayət Heydərov 973 kq) 1/16 finalda polşalı Adam Stodolski ilə üz-üzə gələcək. 

 

Rio-2016 Olimpiadasının və dünya çempionatlarının ikiqat gümüş medalçısı Rüstəm Orucov (73 kq) isə bu mərhələdə irlandiyalı Coşua Qrinlə münasibətləri aydınlaşdıracaq. 

 

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 10:30-da başlayacaq. Final yarışlarına isə 17:00-da start veriləcək.

 

Qeyd edək ki, çempionatın ilk günündə mübarizə aparan Azərbaycanın 6 təmsilçisindən heç biri medal qazana bilməyib. Millimizin daha 3 üzvü sabah - yarışın son günündə qüvvəsini sınayacaq.


Digər xəbərlər

Xəbər xətti