Çempionlar Liqası: İlk finalçı müəyyənləşdi – YENİLƏNİB

00:54 4 May 2022

Bu gün UEFA Çempionlar Liqasında finala vəsiqə qazanan ilk komanda müəyyənləşib.

Sportarena.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyarreal” İspaniyada “Liverpul”u (İngiltərə) qəbul edib. Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanıb.

“Estadio de la Keramika” stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edib.

UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
3 may

23:00. “Vilyarreal” (İspaniya) – “Liverpul” (İngiltərə) 2:3
Vilyarreal, "Estadio de la Keramika" stadionu. Baş hakim: Danni Makkeli (Niderland)


Qeyd edək ki, digər yarımfinal matçı bu gün Madrid “Real”ı ilə (İspaniya) “Mançester Siti” (İngiltərə) arasında olacaq. İngiltərədə 7 qolun vurulduğu ilk oyunda “şəhərlilər” 4:3 hesablı qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti