Mahir Emreli “Qarabağ”ı təbrik etdi - Qurban Qurbanovla fotosunu paylaşdı

12:10 4 May 2022

Zaqreb “Dinamo”sunda forma geyinən Mahir Emreli “Qarabağ”ı Azərbaycan Premyer Liqasının qalibi olması münasibəti ilə təbrik edib.
 
Sportarena.az xəbər verir ki, millimizin hücumçusu Ağdam klubunun “Sabah”la oyunundan (1:1) sonra “İnstaqram”da paylaşım edib.
 
O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla da fotosunu paylaşaraq keçmiş komandasını təbrik edib.
 
Xatırladaq ki, Mahir 2015-2021-ci illərdə “Qarabağ”da çıxış edib. 



Digər xəbərlər

Xəbər xətti