Çempionlar Liqası: "Real" finalda "Liverpul"a rəqib oldu - YENİLƏNİB

01:34 5 May 2022

Çempionlar Liqasında hansı komandaların finalda qarşılaşacağı dəqiqləşib. 

Sportarena.az xəbər verir ki, "Real" "Mançester Siti" ilə qarşılaşıb. Komandalar arasında baş tutan ilk görüşdə "şəhərlilər" 4:3 hesabıyla qələbə qazanmışdı.

Madriddəki görüşdə oyunun son dəqiqələrinə qədər 1:0 öndə olan "Mançester Siti" "Real"ın ardıcıl iki qoluna mane ola bilməyib. Əlavə vaxtda isə Kərim Benzema komandasının üçüncü qolunu vuraraq "kral klubu"nun adını finala yazdırıb.

Çempionlar Liqasında ilk finalçı "Liverpul" olub.

​UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

4 may

"Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:1
Qollar: Rodriqo, 90, 90+1, Benzema, 95(p) - Mahrez, 73

Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun - 3:4


Xəbər xətti