Azərbaycan millisi UEFA İnkişaf turnirində iştirak edəcək

10:26 5 May 2022

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanda təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
 
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 10-dan 16-dək keçiriləcək yarışda yığma Gürcüstanın və Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
 
U-17 turnirə hazırlıq məqsədilə mayın 7-dən 10-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
 
13 may
 
17:00. Azərbaycan – Zambiya
 
16 may
 
17:00. Azərbaycan – Gürcüstan


Digər xəbərlər

Xəbər xətti