Azərbaycan birinciliyində ilk günün qalibləri açıqlandı

Sportarena.az      7 May 2022 , 09:58
Bu gün yeniyetmələr (U-15) arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
 
Sportarena.az xəbər verir ki, ilk yarış günündə həm qızlar, həm də oğlanlar arasında 3 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
 
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 2008-2010-cu il təvəllüdlü idmançılar arasında mükafatçılar bəlli olub.
 
3 gün davam edəcək turnirdə Azərbaycanın müxtəlif bölgələrindən 650-yə yaxın cüdoçu iştirak edir.
 
İlk günün qaliblərinin siyahısını təqdim edirik:
 
Qızlar
 
-28 kq
1. Sunay Salamova – Neftçi Ağsu İdman Klubu
2. Fatimə Xairova - 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi
3. Əzizə Mikayılova - Şuşa İdman Klubu
3. Leyla Cəfərli – Sabirabad şəhəri
 
-40 kq
1. Dərya Bıkova - Respublika Kompleks İdman Məktəbi
2. Aynişan Rəcəbova – Bərdə rayonu
3. Zilan Hüseynli - Şağan Olimpiya İdman Kompleksi
3. Xədicə Abdullayeva – Çempion 74 İdman Klubu
 
-52 kq
1. Aysun Məmmədova - Neftçi İdman Klubu
2. Xədicə Allahverdiyeva – Tovuz Gənclər Evi
3. Nərmin Qocayeva - Qax rayonu
3. Milena Hüseynli - İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Sumqayıt şəhəri
 
Oğlanlar
 
-34 kq
1. Rza Xəlilli - Respublika Olimpiya İdman Liseyi
2. Turan Ayvazlı - Respublika Kompleks İdman Məktəbi
3. Elmir Mirzəyev - Respublika Olimpiya İdman Liseyi
3. Nihat Movlazadə - Mingəçevir şəhəri
 
-46 kq
1. Röyal Qayıbov – Qobustan rayonu
2. İlkin Qarayev – Gəncə şəhəri 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbi
3. Abdullah Kərimov – Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi
3. Yusuf Əliyev – 10 nömrəli Uşaq Gənclər İdman Məktəbi
 
-60 kq
1. Yusif Abbasov – 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Bakı şəhəri
2. Dövlət Şahbazov – Neftçi İdman Klubu
3. Əhliman İsmayılov – 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Bakı şəhəri
3. Nicat Bayramov – 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin