Türkiyə çempionatı: "Trabzonspor"dan səfərdə heç-heçə

10:52 7 May 2022

Türkiyə Super Liqasında 36-cı tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Çempionluğunu rəsmiləşdirən “Trabzonspor” səfərdə “Hatayspor”la 1:1 hesablı heç-heçə edib. “Qaziantep” – “Kayserispor” görüşü də eyni hesabla yekunlaşıb.

 

Xatırladaq ki, "Trabzonspor" çempionatın turnir cədvəlində 78 xalla 1-ci, "Hatayspor" 50 xalla 10-cu, "Kayserispor" 44 xalla 14-cü, "Qaziantep" isə 43 xalla 16-cıdır. 

 

Türkiyə Super Liqası, 36-cı tur

6 may

"Hatayspor" – "Trabzonspor" - 1:1
Qollar: M.Diuf, 90+6 – Djanini, 48.

"Qaziantep" – "Kayserispor" - 1:1
Qollar: Maksim, 27 – İ.Parlak, 26.



Digər xəbərlər

Xəbər xətti