Boks üzrə milli komandalarda məşqçilər korpusu təsdiqləndi

Sportarena.az      8 May 2022 , 03:15
Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin iclası keçirilib. Yığıncaqda Azərbaycan milli komandalarının məşqçilər korpusu və ABF-də yeni yaradılan komitələrin sədrləri ilə bağlı təyinatlar rəsmiləşib.
 
İdarə Heyətinin qərarına əsasən, kişilərdən ibarət yığmanın baş məşqçisi Pedro Roke bütün yaş qrupları üzrə komandalara rəhbərlik edəcək və məsuliyyət daşıyacaq. Əsas millidə onunla yanaşı, Nəriman Abdullayev və Ceyhun Abiyev çalışacaq.
 
Gənclərdən ibarət yığmada baş məşqçi Elbrus Rzayevə Vüqar Məmmədovla Elvin Məmişzadə köməkçi təyin edilib.
 
Yeniyetmələrdən ibarət milli komanda Vaqif Kazımova həvalə olunub. Onun məşqçilər korpusunda Ağası Məmmədov və Teymur Məmmədov yer alacaqlar.
 
Qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını Yadigar Məmmədov yerinə yetirəcək. O, İlkin Ağayevlə birgə boksçularımızı yarışlara hazırlayacaq.
 
Federasiyanın tərkibində yeni formalaşan Veteran və Çempionlar Komitəsinin sədri Şahin İmranov olacaq. Hakimlər Komitəsinə isə Emil Qurbanəliyev rəhbərlik edəcək.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin