Türkiyəli futbol şərhçisi canlı yayımda milçək yedi - VİDEO

Sportarena.az      10 May 2022 , 15:09

Türkiyəli futbol şərhçisi və keçmiş hakim Ahmet Çakarın canlı yayımda etdiyi hərəkət sosial mediada gündəm olub. Belə ki, o, fincanına qonan milçəyi yeyib.

Kadrlardan görünür ki, həşərat futbol şərhçisinin fincanına qonandan sonra digər şərhçi Rasim Ozan ondan milçəyi tutmasını istəyib. Çakar isə nəinki milçəyi tutur, hətta onu ağzına ataraq çeynəməyə başlayıb.

Proqramın digər iştirakçıları Sinan Engin, Rasim Ozan Kütahyalı və Abdülkerim Durmaz heyrətlərini gizlədə bilməyiblər. Onlardan bəziləri isə Çakarın bu hərəkətindən özünü pis hiss edib.

Keçmiş hakimin rahat və sakit davranışı sosial mediada da gündəm olub. (oxu.az)

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin