Qurban Qurbanov daha 3 il "Qarabağ"ı çalışdıracaq

16:52 11 May 2022

"Qarabağ" və Qurban Qurbanov arasında olan müqavilənin müddəti uzadılıb.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha üç il Ağdam klubunun baş məşqçisi olacaq.

2008-ci idən "Qarabağ"ı çalışdıran Qurbanov 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib. 


Digər xəbərlər

Xəbər xətti