Yeniyetmə güləşçilər Türkiyədən 23 medalla qayıdır

Sportarena.az      12 May 2022 , 10:41

Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında “Victory cup” turnirinə yekun vurulub.

Sportarena.az xəbər verir ki, ənənəvi yarışın son günündə yığma üzvləri 11 medal qazanıb. Bunlardan 5-i qızıl, 3-ü gümüş və 3-ü bürünc medal olub.

Yunan-Roma güləşində Fəraim Mustafayev (55 kq) və Seymur Qasımov (65 kq) çempion olub. Əli Əlizadə (65 kq) ikinci, Tural Əhmədovla (55 kq) İsmayıl Rzayev (80 kq) isə üçüncü yeri tutub. Ümumilikdə turniri 3 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vuran yığmamız komanda hesabında 1-ci yeri tutub.

Sərbəst güləşdə Vasif Bağırovla (48 kq) İlyas İsayev (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Şəmistan Axundov (80 kq) gümüş medalı boynundan asıb. Ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edən millimiz komanda hesabında 3-cü yeri tutub.

​Qadın güləşində sonuncu gündə 1 dəst medal qazanılıb. Elvina Kərimzadə (43 kq) çempion olub. Ruzanna Məmmədova (49 kq) ikinci, Fatimə İsayeva (65 kq) isə üçüncü pillədə qərarlaşıb. Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxan müvafiq yığmamız komanda hesabında 3-cü yeri tutub.

Beləliklə, 3 gün davam edən turnirdə güləşçilərimiz ümumilikdə 23 (7 qızıl, 7 gümüş, 9 bürünc) medal qazanıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin