Əliyar Ağayev Yunanıstanda final matçını idarə edəcək

14:51 13 May 2022

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev ölkə xaricində növbəti təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı hakim Yunanıstan II Liqasının "Levadiakos" və "Veriya" komandaları arasındakı final matçını idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

 

"Levadiaos" - "Veriya" qarşılaşması 15 may tarixində, Bakı vaxtilə saat 17:30-da baş tutacaq. Bu komandalar arasında keçirilən ilk oyunda "Levadiakos" 1:0 hesablı qələbə qazanıb. Qalib gələn kollektiv Yunanıstan Super Liqasına vəsəqə əldə edəcək. 


Digər xəbərlər

Xəbər xətti