Gənclər və İdman naziri olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirdi

Sportarena.az      13 May 2022 , 17:50

Mayın 13-də Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüş keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən toplantıda gənclər və idman naziri Fərid Qayıbov federasiya nümayəndələri və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıdakı olanlar barədə danışıb, görüşün məqsədi barədə məlumat verib.

 

Görüşün gündəliyinə əsasən, 2023-cü il üçün büdcənin planlaşdırılması; tibbi məsələlər; idmançıların reytinq cədvəli; 2024-cü il Paris Yay Olimpiya Oyunlarına ilkin hazırlıq, V İslam Həmrəyliyi Oyunlarına, Dünya Oyunlarına, Avropa Yeniyetmələrin Olimpiya Festivalına hazırlıq; Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər; beynəlxalq idman qurumlarında təmsil olunma məsələləri; ölkə miqyaslı yarışların keçirilmə qaydaları ilə bağlı texniki reqlamentin hazırlanması; məşqçi və hakimlər üçün seminarların təşkili; idmançıların ADBTİA-da təcrübəyə cəlb edilməsi; yeni layihələr və digər məsələlər müzakirə edilib, federasiya nümayəndələrinin təklifləri dinlənilib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin