Rəşad Nəbiyev Gürcüstan Cüdo Federasiyasının vitse-prezidentini qəbul etdi

Sportarena.az      14 May 2022 , 09:37

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Gürcüstan Cüdo Federasiyasının vitse-prezidenti David Kevxişvilini qəbul edib.

Sportarena.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında cüdo idman növü üzrə əməkdaşlıq məsələləri müzakirə edilib, müxtəlif yaş qrupları üzrə milli yığmalarının birgə təlim-məşq toplanışlarının, birgə beynəlxalq və regional yarışların təşkil edilməsi barədə razılıq əldə edilib.

​Cari ilin 13 aprel tarixində ACF-in prezidenti Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyası tərəfindən yaradılan Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasına sədr seçilmişdir. David Kevxişvili isə komissiyanın direktoru təyin olunmuşdur. Görüş zamanı komissiyanın fəaliyyətinin təşkili məsələləri müzakirə edilərək bu istiqamətdə növbəti addımlar müəyyən edilmişdir. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin