Aleksander Çeferin: "Bu ideya gerçəkləşsə, ruslar 100 il geri düşəcəklər”

16:16 14 May 2022

UEFA prezidenti Aleksander Çeferin Rusiya Futbol İttifaqının Asiya Futbol Konfederasiyasına üzv olması ideyasına münasibət bildirib.

Sportarena.az xəbər verir ki, Çeferin məsələ ilə bağlı bunları deyib: “Bu fikri Rusiya Futbol İttifaqı deyil, hansısa siyasətçi irəli sürüb. Fikrimcə, bu ideya gerçəkləşsə, ruslar 100 il geri düşəcəklər”.

Bildirək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə UEFA Rusiya millisi və klublarını 2022/23 mövsümündə öz bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırıb. İttifaqın üzvlüyü isə saxlanılıb. 


Digər xəbərlər

Xəbər xətti