Türkiyə çempionatı: “Fənərbaxça” xal itirdi, “Beşiktaş” qalib gəldi

09:36 16 May 2022

Futbol üzrə Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, bazar günü daha 7 qarşılaşma baş tutub.

“Fənərbaxça” – “Fatih Karagümrük” matçında hesab açılmayıb. “Girəsunspor” – “Başakşəhər” matçı da heç-heçə yekunlaşıb.

“Konyaspor” doğma meydanda “Hatayspor”a, “Alanyaspor” isə “Qaziantep”ə qalib gəlib. Altı qolun qeydə alındığı “Kasımpaşa” – “Antalyaspor” matçında qonaqlar qələbəyə seviniblər. Səfərdə “Göztəpə” ilə qarşılaşan “Beşiktaş” turu inamlı qələə ilə başa vurub. Çempionluğu turlar öncə təmin etmiş “Trabzonspor” da “Altay”la ev oyunundan qalib ayrılıb.

Türkiyə Super Liqası
37-ci tur

Göztəpə – Beşiktaş 0:2
Qol: Larin, 27. Jozef, 32.

Trabzonspor – Altay 2:1
Qol: İ.Öztürk, 19-öz qapısına. Nvakaeme, 84 – M.Rodriqes, 70.

Alanyaspor – Qaziantep 3:0
Qol: Dyedyu, 59. Eduardo, 89. Kandeyas, 90.

Fənərbaxça – Fatih Karagümrük 0:0

Kasımpaşa – Antalyaspor 2:4
Qol: U.Bozok, 37; 90+6-pen – Fredi, 19. Naldo, 47. Rayt, 53. Haderqyonay, 70-öz qapısına.

Girəsunspor – Başakşəhər 1:1
Qol: Peres, 72 – Okaka, 45+2.

Konyaspor – Hatayspor 3:1
Qol: Byutyuqi, 6. Mixalak, 73. Koka, 87 – El Kaabi, 16.


Digər xəbərlər

Xəbər xətti