İtaliya çempionatı: "Milan" evdə", "İnter" səfərdə qələbə qazandı

09:57 16 May 2022

Futbol üzrə İtaliya A Seriyasında 37-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, tur çərçivəsində daha dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Bolonya” – “Sassuolo” matçında qonaqlar qələbə qazanıblar. “Napoli” isə “Cenoa”nı darmadağın edib.

“İnter”lə çempionluq mübarizəsi aparan “Milan” bu turda “Atalanta” ilə çətin qarşılaşmadan qələbə ilə ayrılmağı bacarıb. “Milan”ın büdrəməsinə ümid edən “İnter” isə “Kalyari” ilə səfər matçından inamlı qələbə ilə dönüb.

İtaliya A Seriyası
37-ci tur

Bolonya – Sassuolo 1:3
Qol: Orsolini, 90+2-pen – Skamakka, 35; 80. Berardi, 75.

Napoli – Cenoa 3:0
Qol: Osimhen, 32. İnsinye, 65-pen. Lobotka, 81.

Milan – Atalanta 2:0
Qol: Leao, 56. T.Hernandes, 75.

Kalyari – İnter 1:3
Qol: Likoyannis, 54 – Darmian, 25. L.Martines, 51; 84.


Digər xəbərlər

Xəbər xətti