“Yuventus”un yeni kapitanı müəyyənləşib

Sportarena.az      16 May 2022 , 18:20

“Yuventus”un növbəti mövsüm üçün kapitanı müəyyənləşib.

Bunu komandanın baş məşqçisi Massimiliano Alleqri açıqlayıb.

O, A seriyasının son turunda “Latsio” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında bildirib ki, Corcio Kyellininin gedişindən sonra digər mərkəz müdafiəçisi Leoanardo Bonucci kapitan olacaq.

Qeyd edək ki, 37 yaşlı Kyellini mövsümün sonunda "Yuventus"dan ayrılacağını açıqlayıb. 

Bonucci 2010-cu ildən Turin klubunda oynayır. O, 2017/18 mövsümündə "Milan"da çıxış edib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin