"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb

19:50 16 May 2022

Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri satışa çıxarılıb.

Sportarena.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri "Iticket.az"dan və Park Bulvarda yerləşən "Qarabağ" Fan-Şopundan ala bilərsiniz. Oyun günü isə biletlər yalnız "Azersun Arena"da satılacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

​Mayın 21-də keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 19:30-da start götürəcək. 


Xəbər xətti