“Formula-1” üzrə Azərbaycan Qran-prisinin trasında dəyişiklik edilib

Sportarena.az      17 May 2022 , 13:47

Gələn ay Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin pit-leynində dəyişiklik edilib.

Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov açıqlamasında bildirib. BŞH rəsmisi pit-leynə daxil olmaq üçün zonanı bir qədər dəyişdirdiklərini söyləyib: 

“Trasda heç bir dəyişiklik yoxdur. Lakin Beynəlxalq Avtomobil Federasiyası bizdən xahiş etdi ki, onu daha təhlükəsiz etməkdən ötrü pit-leynin girişində dəyişiklik aparaq. Görək, bu dəyişiklik hansı nəticələrə gətirib çıxaracaq. Düşünmürəm ki, pilotlar pit-leynə səhvə yol verəcək şəxslərdəndir. Dəyişiklik indiki və əvvəlki hissələrdə edilib. Yəni, formaya bir qədər düzəliş edilib”.

Qeyd edək ki, cari mövsüm “Formula 1” üzrə Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək. 2016-cı ildə Azərbaycandakı ilk “Formula 1” yarışının qalibi olan Niko Rosberq ("Mercedes) Bakı trasındakı pit-leyn girişlərini ən qorxulu zonalardan hesab edib. “Formula 1”in sabiq direktoru Maykl Masi Rosberqin fikri ilə razılaşmayıb. (Report)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin