“Leypsiq”in hücumçusu Bundesliqada mövsümün ən yaxşı futbolçusu seçilib

Sportarena.az      17 May 2022 , 16:18
Futbol üzrə Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu bəlli olub. Sportarena.az xəbər verir ki, bu ada “Leypsiq”in hücumçusu Kristofer Nkunku layiq görülüb.
 
Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb. Fransız futbolçu mükafatı azarkeşlərin, klubların və ekspertlərin birgə qərarı ilə alıb.
 
24 yaşlı forvard geridə qalan mövsümdə ölkə çempionatında 34 oyuna çıxıb. O, bu qarşılaşmalarda 20 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Xatırladaq ki, Nkunku bu mövsüm Bundesliqada 4 dəfə ayın futbolçusu da seçilmişdi.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin