Dubayda “Xızı dağları” rəqsi: Kamerunlu futbolçunun dostları ilə yaxta istirahəti - VİDEO

Sportarena.az      17 May 2022 , 17:24

Ötən il Adelia Hacıyeva ilə ailə həyatı quran kamerunlu futbolçu Anatole Abanq Azərbaycan rəqslərini oynayıblar. Artıq bir neçə aydır Birləşmiş Ərəb Əmirliklərinə köçən cütlük yaxta istirahəti ilə diqqət çəkiblər. 

Adelia bu barədə sosial şəbəkədə məlumat verib. O, istirahətindən lentə alınan görüntüləri şəxsi “Instagram” hesabında yayımlayıb.

Videoda cütlük dostları ilə Xalq artisti Eyyub Yaqubov və müğənni Elnur Məmmədovun mahnılarının sədaları altında rəqs ediblər.

Xatırladaq ki, Adelia ilə Anatole ötən ilin iyulunda ailə həyatı qurublar. Onların bir qız övladı var. (oxu.az)

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin