PSJ-nin futbolçusu Anhel Di Mariya karyerasını "Yuventus"da davam etdirəcək.
Tərəflər 2022-ci ilin iyul ayının 1-də qüvvəyə minəcək müqavilə üçün razılaşıblar. Turin klubu yaxında 34 yaşlı argentinalı yarımmüdafiəçi ilə sözləşmənin daha bir il uzadılması bəndi ilə bir mövsümlük müqavilə imzalayacaq.
Qeyd edək ki, Di Mariya 2015-ci ildən PSJ-də oynayır. O, bu müddət ərzində 294 oyunda 92 qol vurub və 118 qolun ötürməsini verib. Oyunçu daha əvvəl “Mançester Yunayted”, “Real”, “Benfika” və “Rosario Sentral” kimi klublarda forma geyinib.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin