İlkay Gündoğan "Real"la anlaşa bilər

Sportarena.az      17 May 2022 , 17:45

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan yayda komandanı tərk edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. "Şəhərlilər" klubla 1 illik müqaviləsi olan 32 yaşlı yarımmüdafiəçini pulsuz buraxmağa hazırdı. Almaniya millisinin üzvünə yayda yeni klubla razılaşmağa icazə verilib.

 

İlkay Gündoğanla "Real" yaxından maraqlanır. Türk əsilli futbolçunun növbəti dayanacağının Madrid olacağı bildirilir.

 

İlkay Gündoğan Pep Qvardiolanın "Mançester Siti"də etdiyi ilk transferdir. Premyer Liqa təmsilçisi onu 2016-cı ilin yayında "Borussiya"dan 27 milyon avroya transfer etmişdi.

 

Təcrüəbli yarımmüdafiəçi cari mövsümdə İngiltərə klubunun heyətində meydana çıxdığı 42 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin