Lionel Messi PSJ-yə rekord gəlir qazandırdı

Sportarena.az      18 May 2022 , 13:00
PSJ 2021/22 mövsümünü klub rekordu olan 700 milyon avro gəlirlə başa vuracaq. Sportarena.az xəbər verir ki, bu göstərici Paris klubunun gəlirinin 637,3 milyon avro təşkil etdiyi 2018/19 mövsümünün nəticəsini üstələyir.
 
Argentinalı hücumçu Lionel Messi ilə müqavilə imzaladıqdan sonra PSJ-nin 11 yeni sponsorluq tərəfdaşı var. Buradan ümumi gəlir 310 milyon avroya çatmalıdır.
 
Eyni zamanda, 34 yaşlı argentinalının transferi forma satışına da təsir edib. Satılan formaların ümumi sayı 1 milyon ədəd olub. Onların 60 faizi Messinin adı ilə olan formalardır.
 
Oyunlardan gəlir də ötən mövsümdəki 93 milyon avrodan bu il 132 milyon avroya yüksəlib. Gəlirlərin 2022/23 mövsümündə artmağa davam edəcəyi gözlənilir.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin