"Mesut Özil iki il daha "Fənərbaxça"da oynayacaq" - AÇIQLAMA

02:41 19 May 2022

"Fənərbaxça"nın futbolçusu Mesut Özilin meneceri Erkut Söğüt oyunçunun gələcəyi haqda danışıb.

O, türkəsilli alman yarımmüdafiəçinin müqaviləsi başa çatana qədər İstanbul təmsilçisində qalacağını deyib: "Mesut iki il daha "Fənərbaxça"da oynayacaq. O, bu komandaya uzun müddətlik gəlib. Biz müqaviləni 1 il üçün imzalamamışıq. Hazırkı vəziyyəti heç kim istəməzdi. Ancaq o, bu klubda oynamağa davam edəcək".

Qeyd edək ki, M.Özil iki aydır əsas komandadan kənarlaşdırılıb. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Özil və Tufan məşq zamanı baş məşqçi İsmail Kartalla mübahisə etdiyi üçün cəzalanıb.


Digər xəbərlər

Xəbər xətti