"Əhəmiyyətli oyunçularımızı sata bilərik" - "Barselona"nın prezidenti

03:08 19 May 2022

"Barselona"nın prezidenti Xoan Laporta klubun transfer siyasəti ilə bağlı açıqlama verib.

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri maliyyə problemlərinə görə bəzi oyunçuları sata biləcəklərini deyib:

"Əhəmiyyətli oyunçularımızı sata bilərik. Kimin qalıb, kimin gedəcəyini bilmirəm. Hazırda bizim üçün əsas olan maliyyə durumudur. Klubun ayaqda qalması üçün lazım olan hər şeyi edəcəyik".

İspaniya mətbuatının iddiasına görə, "Barselona"da maliyyə problemləri üzündən yayda bəzi aparıcı oyunçular satıla bilər. 


Digər xəbərlər

Xəbər xətti