"Ukraynaya qayıtmaq istəmirəm" - "Sabah"ın legioneri

03:54 19 May 2022

"Sabah”da icarə əsasında çıxış edən braziliyalı futbolçu Lukas Rangel müqavilə ilə məxsus olduğu Ukraynanın “Vorskla” klubuna qayıtmaq istəmir.

Sportarena.az xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu ölkəsinin mətbuatına açıqlama verib.

Cari mövsümün sonunda Bakı klubu ilə sözləşməsi başa çatacaq forvard hələlik gələcəyi ilə bağlı qərar vermədiyini bildirib:

“Ukraynada oynamış həmkarlarımla çox danışıram. Heç kim ora dönmək niyyətində deyil. Artıq başqa klublar da mənimlə maraqlanır. Hər şeyi təhlil etdikdən sonra addım atacağam. İstənilən halda özümü Avropadan kənarda görmürəm”.

Lukas Rangel Ukraynada müharibə başladıqdan sonra ölkəni tərk edib. 


Digər xəbərlər

Xəbər xətti