Şəhriyar Məmmədyarov “Chessable Masters” turnirində mübarizəyə başlayır

13:35 19 May 2022

Bu gün şahmat üzrə nüfuzlu Çempionlar turu çərçivəsində onlayn formatda “Chessable Masters” yarışına start veriləcək. Sportarena.az xəbər verir ki, 16 şahmatçının iştirak edəcəyi turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. 
 
Məmmədyarovdan başqa, turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, Tari Aryan (Norveç), Vey Yu, Dinq Liren (Çin), Samuel Şenkland, Mişra Abhimanyu (ABŞ), David Guizarro (İspaniya), Rameşbabu Praqnanandha, Pentala Harikrişna, Qucarati (Hindistan), Cons Gevane (İngiltərə), Yorden Van Forrest, Aniş Giri (Niderland), Niels Qrandelius (İsveç) və kanadalı Erik Hansen mübarizə aparacq. 
 
Şahmatçılar əvvəlcə dairəvi sistem (qələbə 3 xal, heç-heçə 1 xal) üzrə mübarizə aparacaqlar. Yekun nəticədə, 8 ən güclü şahmatçı nokaut sistemi üzrə keçiriləcək növbəti mərhələyə vəsiqə qazanacaq.
 
Şəhriyar Məmmədyarov turnirin 1-ci turunda qara fiqurlarla kanadalı Erik Hansenlə üz-üzə gələcək. Sonra dünya çempionu Maqnus Karlsenlə oynayacaq 37 yaşlı qrossmeyster 3 və 4-cü turlarda müvafiq olaraq Yorden van Foreest (Niderland) və Abhimanyu Mişraya (ABŞ) rəqib olacaq.
 
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.


Digər xəbərlər

Xəbər xətti