Fransa Liqa 1-də mövsümünün ən yaxşı futbolçusu məlum olub.
Sportarena.az xəbər verir ki, bu ada PSJ-nin hücumçusu Kilian Mbappe layiq görülüb.
23 yaşlı futbolçu bununla da ardıcıl üç ildir ki, Liqa 1-də mövsümün ən yaxşısı seçilir.
Mbappe bu mövsüm 34 oyunda 25 qola imza atıb, 17 məhsuldar ötürmə edib. Bununla da o, həm də mövsümün ən məhsuldar futbolçusu olub.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin