Dünyanın ən bahalı futbol klublarının yeni reytinq siyahısı açıqlanıb

Sportarena.az      19 May 2022 , 15:46

“Forbes” jurnalı dünyanın ən bahalı futbol klublarının yeni reytinq siyahısını tərtib edib.

Sportarena.az xəbər verir ki, birinci pillədə İspaniya təmsilçisi “Barselona” qərarlaşıb.

Bu ölkənin digər klubu “Real” ikinci, Almaniya "Bayern"i üçüncü sırada yer alıb.

İngiltərə "Mançester Siti"si və Fransa PSJ-si ilk "5-liy"ə daxil olmayıb. "10-luq"dakı klubların 6-sı İngiltərə təmsilçisidir.

Dünyanın ən bahalı klubları bunlardır:

1. "Barselona" (İspaniya) - 4,76 milyard avro

2. "Real" (İspaniya) - 4,75 milyard avro

3. "Bayern" (Almaniya) - 4,21 milyard avro

4. "Mançester Yunayted" (İngiltərə) - 4,2 milyard avro

5. "Liverpul" (İngiltərə) - 4,1 milyard avro

6. "Mançester Siti" - 4 milyard avro

7. "Çelsi" - 3,2 milyard avro

8. "Arsenal" - 2,8 milyard avro

9. PSJ - 2,5 milyard avro

​10. "Tottenhem" - 2,3 milyard avro 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin