Olimpiya çempionu Rəşad Sadıqova forma hədiyyə etdi - FOTOLAR

16:09 19 May 2022

Yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqovu mükafatlandırıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman işləri üzrə prorektoru F.Mansurov futbol millimizin və “Qarabağ”ın sabiq kapitanına təşəkkürnamə təqdim edib.

R.Sadıqova bu gün ADBTİA-nın tələbələri ilə görüşə qatıldığı və onlarla öz təcrübəsini bölüşdüyü üçün xüsusi forma da verilib. Formanın üzərində onun öz şəkli yer alıb.

Rəşad Sadıqov daha sonra həmin formadan birini ADBTİA-nın futbol komandasında xoşuna gələn mərkəz müdafiəçisinə bağışlayıb. (oxu.az)



Digər xəbərlər

Xəbər xətti