Futbolçu “Traktor” fanatlarını daşa basdı - Oyun yarımçıq dayandırıldı

11:04 20 May 2022

Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilib. Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda “Persepolis”lə qarşılaşıb. Lakin “traktorçular”ın bu oyunu yarıda qalıb. Belə ki, qonaq komandanın futbolçusu Omid Alişah təbrizli fanatlara daş atdığı üçün iki komandanın futbolçuları arasında dava düşüb və oyun 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırlıb. Qarşılaşmanın sabah qaldığı yerdən davam etdiriləcəyi bildirilir.



Digər xəbərlər

Xəbər xətti