“Liverpul” parada hazırlaşır

11:50 20 May 2022

“Liverpul” İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqasını qazanıb-qazanmamasından asılı olmayaraq, çempionluq paradı keçirəcək.
 
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tədbir mayın 29-na - İspaniya “Real”ı ilə ÇL-in final oyunundan bir gün sonraya təyin olunub.
 
Mersisayd təmsilçisi sözügedən turnirlərdə qalib olmasa belə, İngiltərə Kuboku və Liqa Kubokunu qazanmasını qeyd edəcək. Paradda futbolçuların olduğu avtobus təqdim olunacaq.
 
"Liverpul" Premyer Liqada 37 turdan sonra 89 xalla 2-ci pilədə qərarlaşıb. Son tur öncəsi "qırmızılar"ı lider "Mançester Siti"dən cəmi 1 xal ayırır. Premyer Liqada çempionluğun taleyi mayın 22-də bəlli olacaq. Həmin gün lider “Mançester Siti” evdə “Aston Villa” ilə üz-üzə gələcəksə, “Liverpul” da “Vulverhempton”u qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti